"Qəbələ" Monrozu, "Qarabağ" Medvedevi itirdi

12:06 - 24 Aprel 2019

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Qəbələ" evdə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub etdi.

 

Sportal.az xəbər verir ki, hər iki komanda cavab matçına itkiylə çıxacaq. "Qəbələ"nin hücumçusu Stiven Jozef Monroz və "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev sarı vərəqə almaqla cəzalı duruma düşüb. Adları çəkilən oyunçular ikinci oyunu buraxacaq.

 

Qeyd edək ki, cütün cavab oyunu mayın 1-də baş tutacaq.

Xəbər xətti