Sulşer: "İngiltərənin ən güclü komandası "Mançester Siti"dir"

18:50 - 25 Aprel 2019

"Mançester Yunayted"in baş məşqçisi Ule-Qunnar Sulşer İngiltərə Premyer Liqasında "Mançester Siti"yə uduzduqları oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, norveçli mütəxəssis "şəhərlilər"i İngiltərənin ən güclüsü hesab edib bə Pep Qvardiolanın gördüyü işi qeyri adi-adlandırıb:

 

"İngiltərənin ən güclü komandası "Mançester Siti"di. Son 2 mövsümdə səviyyəni xeyli qaldırdılar. İndiyə qədər neçə xal topladıqlarını heç saymamışam da. Qvardiolanın futbolçularla gördüyü iş qeyri-adidi. Eyni şəhərin komandası olduğumuz üçün bunu hər gün hiss edə bilirik".

 

35 oyundan sonra 89 xal toplayan "Mançester Siti" Premyer Liqada vahid liderdi. "Liverpul" 88 xalla 2-ci pillədə məskunlaşıb. "Mançester Yunayted" isə 64 xalla 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti