Pep Qvardiola: "Premyer Liqanın gördüyü ən güclü komandasıyıq"

17:47 - 26 Aprel 2019

İngiltərə Premyer Liqasının lideri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ispan mütəxəssis Premyer Liqada ən güclü komanda olduqlarını deyib: "Komandada hər kəs oyunun nəticəsində pay sahibi olduğu üçün qürur duyuram. Hamı qol vurur, hər kəs hücum etməyi sevir və bu da məni qane edir. Mançester derbisindən sonra futbolçulara dedim ki, Premyer Liqanın gördüyü ən güclü komandasınız".

 

 

48 yaşlı mütəxəssis çempionatda sona 3 tur qalmış çempionluq barədə fikirlərini bölüşüb: "Hazırda ancaq "Börnli" ilə səfər oyununu düşünürəm. Bu oyuna görə çox narahatam".

 

Premyer Liqanın turnir cədvəlinə 89 xalla "Mançester Siti" başçılıq edir. 1 xal geri qalan "Liverpul" 2-cidir.

Xəbər xətti