Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə "Sabah"la 1:1 hesablı heç-heçə edən "Keşlə"nin məşqçisi Zaur İsmayılov oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 40 yaşlı mütəxəssis öncə oyunla bağlı danışıb:
- Çox maraqlı və gərgin oyun oldu. Bizə xal qazanmaq çox vacibdir. Futbolçulara təşəkkür edirəm. Məğlub olsaydıq belə, onlardan razı qalacaqdım. Nəticə oyuna görə oldu.
- Denis Silva nə üçün dayaq yarımmüdafiəçi qismində oynadı?
- Cəzalı Con Kamara oyunu buraxırdı. Denis "Neftçi"də və bizdə də əvvələr bu mövqeydə çıxış edib. Ona görə belə qərar verdik. Tərlan Quliyevi ona görə əvəzlədik ki, ikinci hücumçunu meydana buraxaq.