Rusiyada "Game of Thrones" tribunası

Rusiya Premyer Liqasının 26-cı turunda keçirilən "Lokomotiv" - "Yenisey" matçı (2:1) diqqətdən qaçmayıb.

 

Sportal.az xəbər verir ki, tribunaların birində taxtda əyləşən "King Night" (Gecə kralı) ictimaiyyətə maraqlı gəlib.

 

"Lokomotiv" klubu milyonları ekran başına toplayan məşhur "Game of Thrones" (Taxt-tac oyunları) serialının reklamı üçün yerli kanalların birindən təklif alıb. Bu səbəbdən də Moskva klubu bir tribunanı reklama görə "Gecə kralı"na verib.

 

Qeyd edək ki, serialın son mövsümü təqdim edilir.

 

Tarix: 29 Aprel [16:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
6 İyun 2020
5  İyun 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio