Azərbaycan kubokunda finalçılar bəlli oldu YENİLƏNİB

21:56 - 1 May 2019

Azərbaycan kubokunda finalçılar müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" ilk oyunda 0:1 hesabı ilə uduzduğu "Qəbələ"ni qəbul edib. Oyunda ağdamlılar 2:1 hesabı ilə qalib gəlsə də, finala "Qəbələ" yüksəlib.

 

Digər yarımfinal oyununda "Zirə" “Sumqayıt”ı qəbul edib. İlk oyunda olduğu kimi, cavab matçı da heç-heçə ilə başa çatıb - 3:3. Bu nəticə "Sumqayıt"ı tarixində ilk dəfə ölkə kubokunun finalına çıxarıb.

 

Kubokun finalında "Sumqayıt"la "Qəbələ" qarşılaşacaq. Həlledici görüş Naxçıvanda baş tutacaq.

 

Azərbaycan Kuboku 

Yarımfinal

1 may (çərşənbə)

 

17:00. "Qarabağ" - "Qəbələ" - 2:1

Qollar: Miçel, 37, Dani Kintana, 58 - Davit Volkov, 81

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Ələddin Ələkbərov. 

Tofiq Bəhramov arına Respublika Stadionu 

İlk oyun - 0:1

 

20:00. "Zirə" - "Sumqayıt" - 3:3

Qollar: Pərdis-Fərcad Azad, 47, Xulio Sezar Rodriqes, 84, Şafik Tiqurca, 90+5 - Peyman Babayi, 19, 27, 45

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Ramiz Mustafayev. 

Zirə İdman Kompleksinin stadionu.

İlk oyun - 0:0.

Xəbər xətti