Mario Balotelli: "Futbol eşqinə, Messini Ronaldo ilə müqayisə etməyin"

19:53 - 2 May 2019

Fransanın "Marsel" klubunun futbolçusu Mario Balotelli sosial şəbəkə hesabında “Barselona”nın ulduzu Lionel Messi haqda paylaşım edib.

 

Sportal.az xəbər verir ki, "Instagram" hesabının hekayə bölümündə argentinalı hücumçunun şəklini paylaşan futbolçu “Futbol eşqinə, Messini “Yuventus”un 7 nömrəsi ilə (Kriştiano Ronaldo) müqayisə etməyin”.

 

Qeyd edək ki, Messi Çempionlar Liqasının yarımfinalında "Liverpul"la qalib gəldikləri matçda (3:0) dubl edərək karyerasının 600-cü qolunu vurub.

Xəbər xətti