"Çelsi" 3 xalı 3 qolla qazandı VİDEO

00:58 - 6 May 2019

İngiltərə Premyer Liqasında 37-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Çelsi" evdə "Uotford"a 3:0 hesabı ilə qalib gəlib.

 

Premyer Liqada turnir cədvəlinə 94 xalla "Liverpul" başçılıq edir. Bir oyunu ehtiyatda olan "Mançester Siti" 92 xalla 2-cidir. "Çelsi" 71 xalla 3-cü, "Tottenhem" 70 xalla 4-cü, "Arsenal" 67 xalla 5-ci, "Mançester Yunayted" 66 xalla 6-cıdır. 50 xalı olan "Uotford" 10-cu sırada qərarlaşıb.

 

"Çelsi" - "Uotford" - 3:0

Qollar: Ruben Loftus-Çik, 48, David Luis, 51, Qonsalo İquain, 75

 

 

 

Xəbər xətti