Azərbaycan Premyer Liqası: Bombardir kim olacaq? - SORĞU

Azərbaycan Premyer Liqasının 2018/2019-cu illər mövsümünün bitməyinə 1 tur qalmış medalçılar məlum olsa da, bombardirlik yarışında ikitirəlik davam edir.

 

Sportal.az PFL-ə istinadən xəbər verir ki, “Neftçi”dən Baqali Dabo, “Qarabağ”dan Mahir Mədətov hərəyə 14 qolla liderliyi bölüşdürür. Peşəkar Futbol Liqası çempionatın sonunda zirvədə iki və daha artıq futbolçu olacağı halda ən çox qol vuran oyunçunun müəyyənləşmə qaydasını təqdim edir:

 

1) ən az oyun keçirən

2) ən az penaltidən yararlanan

3) ən çox məhsuldar ötürmə edən

 

Son turda “Neftçi” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Bu qarşılaşmaya qədər Dabo 25, Mədətov 26 görüşdə meydanda olub. Fransız oyunçu bir dəfə penaltidən fərqlənib. Beləliklə, əgər son tur hər iki futbolçu qarşılaşmada iştirak etsə və heç biri fərqlənməsə (və ya eyni sayda fərqlənsə) Baqali ardıcıl ikinci dəfə Topaz Premyer Liqasının ən məhsuldar oyunçusu seçiləcək. Mədətov görüşdə iştirak etməsə, Dabo isə iştirak edib fərqlənə bilməsə, oyun sayı bərabərləşəcək. Bu halda “flaqman”ın üzvü bir dəfə penaltidən fərqləndiyinə görə zirvəni yerli futbolçuya təhvil verməli olacaq. Beləliklə, Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün sonuncu mərkəzi qarşılaşması bombardirin müəyyənləşməsi cəhətdən həlledici olacaq.

 

Qeyd edək ki, “şəriklər”in ən yaxın izləyicisi, “Qəbələ”də çıxış edən Ceyms Adeniyi bu mövsüm 10 dəfə fərqlənib.

 

 

 

 

Tarix: 6 May [18:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Sentyabr 2019
15  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio