“Neftçi” - “Qarabağ” matçının məkanı dəyişdirilə bilər: “AFFA və PFL-lə müzakirələr aparılır”

Premyer Liqanın son turu çərçivəsində baş tutacaq “Neftçi” - “Qarabağ” matçı “Bakcell Arena”da keçirilməyə bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı sport24.az-a açıqlamasında “ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev verib.

 

“Qarabağ”ın qızıl medal və çempionluq kubokunu əzəli rəqibinin stadionunda alması “Neftçi” fanatlarının ürəyincə deyil. Onların sosial şəbəkələrdəki etirazları dediklərimizin bariz nümunəsidir. Allahverdiyev hazırda stadionla bağlı müzakirələrin getdiyini bildirdi: “İndi qəti bir söz deyə bilmirəm. Çünki rəsmi qərar qəbul edilməyib. Hazırda klubumuz bu məsələylə bağlı AFFA və PFL-lə müzakirələr aparır. Həmin müzakirələrin yekununda son matçımızın hansı stadionda baş tutacağına dair futbol ictimaiyyətinə açıqlama veriləcək. Hələ ki, müzakirələr getdiyindən, PFL-ə rəsmi müraciət etməmişik”.

 

Qeyd edək ki, “Neftçi” mövsümün əvvəlində ev oyunlarını keçirmək üçün PFL-ə 2 stadionu sifariş edib. “Ağ-qaralar” “Bakcell Arena” ilə yanaşı, “Dalğa Arena”nı da sifariş edib. Başqa sözlə, müzakirələrə əsasən oyun “Bakcell Arena”da baş tutmasa, “Neftçi” - “Qarabağ” matçı və bundan sonra təltifetmə mərasimi “Dalğa Arena”da keçiriləcək.

Tarix: 7 May [14:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 May 2019
20  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio