Çempionlar Liqasında ikinci finalçı müəyyənləşdi

Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, yarımfinalın ikinci cütündə "Ayaks" doğma azarkeşləri qarşısında ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi "Tottenhem"i qəbul edib.

 

Grüş İngiltərə təmsilçisinin 3:2 hesablı qələbəsiylə başa çatıb. Beləliklə, səfər qolu sayəsində London klubu finalda oynamaq hüququ qazanıb. Həlledici görüşdə "Tottenhem"in rəqibi "Liverpul" olacaq.

 

Final matçı iyunun 1-də Madriddə yerləşən "Vanda Metropolitano" stadionunda keçiriləcək.

 

Çempionlar Liqası
Yarımfinal, cavab oyunu

 

"Ayaks" (Hollandiya) - "Tottenhem" (İngiltərə) - 2:3
Qollar
: Matteis de Liqt, 5, Hakim Zieş, 35 - Lukas Moura, 54, 59, 90+4

İlk oyun - 1:0

Tarix: 9 May [00:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyul 2019
22  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio