Moura Amsterdam fəthindən danışdı: "Şanslı insanlarıq"

"Tottenhem"in futbolçusu Lukas Moura Çempionlar Liqasının yarımfinal mərhələsində səfərdə "Ayaks"a 3:2 hesabı ilə qalib gələrək, finala yüksəldikləri oyundan danışıb.

 

Sportal.az xəbər verir ki, het-triklə komandasını həlledici qarşılaşmaya daşıyan braziliyalı vinger layiqli qələbə qazandıqlarını deyib: "Nə hiss etdiyimi demək çətindir. Komanda yoldaşlarımla qürur duyuram. Meydanda bütün gücümüzü ortaya qoyduq və bu nəticəni haqq etdik. Tək mən deyil, bütün komanda yoldaşlarım möhtəşəm idi. "Ayaks"a qarşı oynamaq çətin idi, hər kəs çox çalışdı. Bütün oyunlarda belə döyüşmək lazımdır".

 

26 yaşlı futbolçu sözlərinə belə davam edib: "Futbol inanılmazdır! Bu duyğular futbolun həyata verdiyi hədiyyədir. Biz şanslı insanlarıq. Həyatımla karyeramın ən gözəl anıdır və buna görə komanda yoldaşlarıma təşəkkür edirəm. Bu hissləri izah etmək mümkünsüzdür".

Tarix: 9 May [11:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 May 2019
21  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio