Deyli Blind: "On saniyə dözə bilmədik"

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə "Tottenhem"ə 2:3 hesabı ilə uduzaraq, mübarizəni dayandıran "Ayaks"ın müdafiəçisi Deyli Blind fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu on saniyə dözə bilmədiklərini deyib: "Nə deyə bilərəm ki? Çox qorxulu anlar oldu. On saniyə dözə bilmədik. Xəyallarımız darmadağın oldu".

 

Hollandiya millisinin üzvü Eredviziyada çempion olmağa köklənəcəklərini deyib: "İndi liqaya fikir verməliyik. Bu mövsüm möhtəşəm mübarizə apardıq. Çox qürurluyuq. Dünya bizdən zövq aldı".

 

"Ayaks" Erediviziyanın son iki turunda qalib gəlsə, çempion olacaq.

Tarix: 9 May [12:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 May 2019
21  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio