"Beyl "Real"da qalmaq istəyir"

16:41 - 9 May 2019

İspaniyanın "Real" klubundakı gələcəyi qeyri-meəyyən olan Qaret Beyl üçün rəsmi açıqlama verilib.

 

Sportal.az xəbər verir ki, Uels millisinin üzvünün agenti Conatan Barnett futbolçunun Madrid klubunda qalmaq istədiyini deyib: "Beyl "Real"da qalmaq istəyir. Zinəddin Zidanın bunu istəyib-istəmədiyini bilmirəm. Beyl müqaviləsinin sonuna qədər klubda oynamaq istəyir. O, dünyanın ən yaxşı 3-4 futbolçusundan biridir".

 

Qeyd edək ki, 29 yaşlı futbolçunun Madrid klubu ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir. Beyl ub mövsüm 42 oyuna 14 qol vurub, 6 assist edib.

Xəbər xətti