"Qarabağ" üç futbolçunun ayrılığını rəsmən açıqladı

11:59 - 13 May 2019

Mövsümü çempion başa vuran "Qarabağ" üç futbolçusu ilə yollarını ayırıb.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Reynaldo Silva, İnnosent Emeqara və Yakub Jezniçakla başa çatan müqaviləni uzatmayıb. Klub hər üç futbolçuya təşəkkür edib və uğurlar arzulayıb.

 

Jezniçak 2017-ci ilin yayından Ağdam klubunda çıxış edirdi. Daha əvvəl də "Qarabağ"ın formasını geyinən İnnosent Emeqara ötən mövsümün əvvəlində, Reynaldo isə bu qış Azərbaycana qayıtmışdı.

Xəbər xətti