Kloppdan transfer açıqlaması: "Növbəti mövsüm birlikdə olacağıq"

17:49 - 13 May 2019

İngiltərə Premyer Liqasında mövsümü ikinci pillədə tamamlayan "Liverpul"un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

 

Sportal.az xəbər verir ki, alman mütəxəssis Premyer Liqadakı çıxışlarını dəyərləndirib: "Mançester Siti" üçün həyatı çətinləşdirmək istədik. Bunun üçün hər şeyi sınadıq. Amma yetərli olmadı. Buna baxmayaraq, uşaqlarla fəxr edirəm. Mövsüm ərzində inanılmaz işlər gördülər. Xüsusi mövsüm keçirdik. 97 xal topladıq və liderdən 1 xal geri qaldıq. Bir hekayə yazmaq istədik və bunu bacardıq. Qalib ola bilmədik, amma önümüzdə Çempionlar Liqası var. "Mançester Siti" son iki mövsümdə 198 xal yığıb. Bu, möhtəşəm, əlçatmaz performansdır. Növbəti mövsüm daha da mükəmməl ola bilər".

 

Klopp komandadakı ulduz futbolçuların gələcəyindən danışıb: "Keçmişdə "Liverpul"la uğurlu mövsüm keçirən aparıcı futbolçular klubdan ayrılırdı. Ancaq bu hal daha təkrarlanmayacaq. Növbəti mövsüm yenidən birlikdə olacağıq".

Xəbər xətti