"Səbail" daha üç futbolçu ilə müqaviləni uzatdı

18:52 - 13 May 2019

Premyer Liqada mövsümü üçüncü yerdə başa vuran "Səbail" transfer fəaliyyətini davam etdirir.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi daha üç futbolçu ilə müqaviləni uzadıb.

 

Ukraynalı qapıçı Aleksandr Rıbka, hücumçu Ağabala Ramazanov və müdafiəçi Şəhriyar Rəhimov daha iki il "dənizçilər"in uğurları üçün çalışacaq.

 

"Səbail" daha öncə Rahid Əmirquliyevlə müqaviləni bir il uzatmışdı.

 

Paytaxt klubu Ruslan Qurbanov, Enrike Perilyo, İmanol İrriberi və Tamazi Tsetxaladze ilə yolları ayırıb.

Xəbər xətti