Premyer Liqa klubu 9 futbolçu ilə yolları ayırdı

17:40 - 17 May 2019

İngiltərə Premyer Liqası ilə vidalaşan "Fulhem" klubu heyətində islahatlara başlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi Rayan Babel, Lazar Markoviç, Robert Atkinson, Eliya Adebayo, Aron Devis, Xose Qarrido, Kristofer Kelli, Skott Armsuort və Şövkət Tahirlə yolları ayırıb.

 

"Fulhem" Premyer Liqada mövsümü 26 xalla 19-cu pillədə tamamlayıb. Skott Parkerin komandası gələn mövsümdən Çempionşipdə mübarizə aparacaq.

Xəbər xətti