"Valensiya" Çempionlar Liqasına vəsiqə qazandı VİDEO

İspaniya La Liqasında mövsümün sonuncu - 38-ci turunun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, son turda avrokubokların bütün iştirakçıları müəyyənləşib.

 

"Valensiya" səfərdə "Real Valyadolid"i 2:0 hesabı ilə məğlub edərək, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Evdə "Vilyarreal"la 2:2 hesablı heç-heçə edən "Xetafe" tarixi fürsəti əldən verib. 5-ci yeri tutan Madrid klubu Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.

 

"Barselona", "Atletiko", "Real", "Valensiya" İspaniyanı Çempionlar Liqasında, "Xetafe", "Sevilya" və "Espanyol" isə Avropa Liqasında təmsil edəcək.

 

"Real Valyadolid" - "Valensiya" - 0:2

Qollar: Soler, 36, Rodriqo, 52

 

 

 

Tarix: 19 May [00:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyun 2019
17  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio