"Qəbələ" tarixində ilk kuboka sahib çıxdı GENİŞ İCMAL

21:17 - 19 May 2019

Azərbaycan kubokunun qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası stadionunda keçirilən həlledici matçda “Qəbələ” “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib və titula yiyələnib.

 

Bu, "Qəbələ"nin ilk kuboku olub.

 

Bununla da, əyalət təmsilçisi Azərbaycanı Avropa Liqasında təmsil etmək hüququ qazanıb.

 

“Qəbələ” - “Sumqayıt” - 1:0

Qol: Stiven-Jozef Monroz, 4

Qırmızı vərəqə: Cavid Tağıyev, 90+5 ("Sumqayıt")

 

Xəbər xətti