Gürcüstan millisinin üzvü: "Azərbaycana niyə gedim, 24 yaşım var"

11:41 - 20 May 2019

Gürcüstan millisinin və İsveçrənin "Lüzern" klubunun yarımmüdafiəçisi Valeriane Qviliya Azərbaycan klubundan təklif aldığını açıqlayıb.

 

Sportal.az sports.kz saytına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu karyerasını Avropanın daha yaxşı çempionatında davam etdirmək istədiyini deyib:

 

"Azərbaycan, Qazaxıstan, Moldova və Asiya ölkələrindən təkliflərim var. Mənə daha çox pul təklif edirlər. Ancaq mən hələ gəncəm, 24 yaşım var, 35 yaşda deyiləm ki. Başqası belə gənc yaşda bu cür çempionatlara gedirsə, deyəcək sözüm yoxdur. Ancaq bu, mənim seçimim deyil. Hazırda ən yaxşı çempionatda oynamaq üçün əlimdən gələni etməliyəm. Asiya ölkələrinə qaçmayacam, bunu gələcəkdə də edə bilərəm".

 

24 yaşlı futbolçu 2016-cı ildən Gürcüstanın əsas yığmasında çıxış edir. Qviliya Ukraynanın "Metallist" (Xarkov") klubunun yetirməsidir və bu komandada peşəkar karyeraya başlayıb. Gürcü futbolçu Belarusun "Minsk", və BATE klublarında da çıxış edib. Valeriane mövsümün ikinci yarısını icarə əsasında Polşanın "Qurnik" klubunda keçirib. Onun "Lüzern"lə müqaviləsi gələn mövsümün sonu bitəcək.

Xəbər xətti