Sabiq "Qarabağ"lı klubsuz qaldı

“Qarabağ”ın sabiq futbolçusu Leroy Corc Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubundan ayrılıb.

 

Sportal.az xəbər verir ki, Surinam əsilli hollandiyalı futbolçunun başa çatan müqaviləsi uzadılmayıb. 32 yaşlı vinger azad agent statusuna yiyələnib.

 

Leroy Corc 2013-2015-ci illərdə “Qarabağ”da çıxış edib. O, Ağdam klubunda 2 dəfə ölkə çempionu olub, 1 dəfə Azərbaycan kubokunu qazanıb.

 

Leroy "Qarabağ"dan ayrıldıqdan sonra Türkiyənin "Göztəpə", "Adana Dəmirspor", Avstraliyanın "Melburn" klublarında çıxış edib. O, "Baniyas"a ötən yay keçmişdi.

Tarix: 20 May [16:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 İyun 2019
15  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio