Kaka "Milan"a qayıdır

Braziliya millisinin sabiq üzvü Kaka keçmoş klubu “Milan”a qayıdır.

 

Sportal.az xəbər verir ki, Kaka klubun idman direktoru vəzifəsində çalışacaq. O, mövsümün sonunda bu postdan ayrılacaq Leonardonu əvəz edəcək.

 

"Futbola qayıtmağa hazırlaşıram. Böyük ehtimalla, idman direktoru olacam. Bu işə "Milan"da başlamaq gözəl olar", - deyə Kaka Braziliya mətbuatına açıqlamasında deyib.

 

Qeyd edək ki, 37 yaşlı Kaka 2003-2009 və 2013-2014-cü illərdə "Milan"da oynayıb.

Tarix: 23 May [16:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyun 2019
17  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio