PSJ Tuxellə müqaviləni uzatdı

16:01 - 25 May 2019

Fransanın PSJ klubu baş məşqçisi Tomas Tuxellə müqavilə müddətini uzadıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Paris klubu alman mütəxəssislə 2021-ci ilin yayına qədər müqavilə bağlayıb.

 

Paytaxt klubu 45 yaşlı mütəxəssisin rəhbərliyi altında başa çatan mövsüm Fransa çempionu olub.

 

Almaniyalı çalışdırıcı ötən yay PSJ-nin baş məşqçisi təyin edilib.

Xəbər xətti