"İnter"in Romelu Lukaku üçün hazırladığı təklif

18:45 - 25 May 2019

"Mançester Yunayted"in Çempionlar Liqasına vəsiqə qazanmamasından sonra ayrılmağa qərar verən belçikalı futbolçu Romelu Lukaku ilə "İnter" maraqlanır.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Milan klubu bu keçid üçün "qırmızı şeytanlar"a 35 milyon avro və xorvatiyalı vingeri İvan Perişiçi təklif etməyə qərar verib.

 

Xəbərdə "Mançeter Yunayted"in Lukakunu transfer etmək istəyən klublardan 60 milyon avro tələb etdiyi vurğulanıb. Lakin bu təklif də Premyer Liqa klubunu qane edə bilər.

 

Lukaku başa çatan mövsüm 45 oyuna 15 qol vurub, 4 assist edib. Perişiç isə 44 oyuna 9 qol vurub, 8 dəfə isə məhsuldar ötürmə edib.

Xəbər xətti