Ramil Şeydayev 90 dəqiqə oynadı, komandası ÇSKA-ya darmadağın oldu

17:15 - 26 May 2019

Rusiya Premyer Liqasında 2018/19 mövsümü başa çatıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzüv Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov" Moskvada ÇSKA-ya 0:6 hesabı ilə uduzub.

 

Şeydayev matça start heyət başlayıb və sonadək oynayıb. 23 yaşlı hücumçu mövsüm ərzində 18 oyuna (969 dəqiqə) 4 qol vurub, 1 assist edib.

 

Premyer Liqada mövsümü "Zenit" çempion başa vurub. 2-ci pilləni tutan "Lokomotiv" "Zenit"lə birgə Çempion Liqasının qrup mərhələsində mübarizə aparacaq. 3-cü yerin sahibi "Krasnodar" isə ÇL-in təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

 

4-cü yeri tutan ÇSKA və 5-ci pillədə qərarlaşan "Spartak" Avropa Liqasının qrup mərhələsində mübarizə aparmaq hüququ əldə ediblər.

 

"Anji" və "Yenisey" I Diviziona yuvarlanıblar.

 

"Krılya Sovetov"la "Ufa" Premyer Liqada qalmaq üçün pley-off oynayacaqlar.

Xəbər xətti