Xavi baş məşqçiliyə başladı

17:04 - 28 May 2019

"Barselona"nın və İspaniya millisinin üzvü Xavi baş məşqçiliyə başlayıb.

 

Sportal.az xəbər verir ki, bir neçə gün öncə futbolçu karyerasını başa vuran Xavi Qətərin "Əl-Sədd" klubunun baş məşqçisi təyin edilib. O, bu postda portuqaliyalı mütəxəssis Jezualdu Ferreyranı əvəzləyib.

 

Qeyd edək ki, Xavi 1998-2015-ci illər aralığında yetirməsi olduğu “Barselona”da çıxış edib. 39 yaşlı sabiq futbolçu karyerasını Qətərin "Əl-Sədd" klubunda başa vurmuşdu.

Xəbər xətti