Britaniya səfiri: "Bakıya əhsən!"

12:34 - 30 May 2019

Bakı UEFA Avropa Liqasının final oyununu möhtəşəm təşkil etmişdi. 

 

Sportal.az xəbər verir ki, bunu oyundan sonra Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.

 

Səfirin fikirləri Britaniyanın Azərbaycandakı Səfirliyinin sosial şəbəkə hesabında yerləşdirilib. 

 

“Çelsi” klubunu təbrik edirəm, “Arsenal” üçün isə təəssüflənirəm. Möhtəşəm oyun oldu və hər iki komanda yaxşı nəticə üçün hər şeyi etdi. Final oyununun əla təşkil olunmasına görə, Bakıya əhsən! Stadion dünya standartlarına cavab verir”, - deyə səfir bildirib. 

 

Dünən Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma “Çelsi” klubunun 4-1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti