"Çelsi"nin futbolçusu karyerasını başa vurdu

18:16 - 31 May 2019

İngiltərənin "Çelsi" klubunun qapıçısı Robert Qrin futbolçu karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı qolkiper "Twitter" hesabınd abu barədə məlumat yayıb.

 

İngiltərəli qapıçı 23 illik karyerası ərzində "Norviç Siti", "Vest Hem", KPR, "Lids", "Haddersfild" və "Çelsi" klublarının şərəfini qoruyub.

 

2018-ci ildə "Çelsi"yə keçən Qrin bu klubda oyun keçirməyib. O, İngiltərə yığmasının heyətində 12 oyun keçirib.

Xəbər xətti