"Tankda yanacaq olmadan savaşan komanda görmüşdünüz?" - Kloppun zəfər sözləri

02:02 - 2 İyun 2019

Çempionlar Liqasının finalında "Tottenhem"ə 2:0 hesabı ilə qalib gələrək, qalib olan "Liverpul"un baş məşqçisi Yurgen Klopp fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 51 yaşlı mütəxəssis zəfəri şərh edib:

 

"Heç belə komanda görmüsünüz ki, tankda yanacaq olmadan savaşsın? Futbolçular, azarkeşlər və ailəm üçün xoşbəxtəm. Mənim üçün üzüntülü idilər, bu zəfəri hamıdan çox haqq edirlər".

 

Klopp həyatının ən xoşbəxt gününü yaşadığını deyib:

 

"Bu gün karyeramın ən xoşbəxt günüdür. Çempionlar Liqasının qalibi olmaq üçün çox cəhd etdik. İnkişaf və daha da yaxşılaşmağımız üçün önəmli uğurdur. Bu kiçik işarə çox yardımçı olacaq. Artıq yolumuza daha rahat davam edə bilərik".

Xəbər xətti