Vüqarla Tural oynadı, "Dauqavpils" qalib gəldi

13:59 - 2 İyun 2019

Latviya yüksək liqasında 16-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular - Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” evdə “Liepaya”ya 1:0 hesabı ilə qalib gəlib.

 

Turalla Vüqar start heyətdə meydana çıxıblar və sonadək oynayıblar. Elvinin adı isə matçın iştirak ərizəsinə daxil edilməyib.

 

“Dauqavpils” 19 xalla 9 komanda arasında 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti