Millinin oyunlarına bilet satışı

18:10 - 3 İyun 2019

Azərbaycan milli komandasının Avro-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya milli komandasına qarşı “Bakcell Arena”da keçirəcəyi oyunlara bilet satışı davam edir.

 

Sportal.az xəbər verir ki, biletlərin qiyməti 2-5 manatdır. VIP biletlərin qiyməti isə 20 manat təşkil edir.

 

4-cü kateqoriya – 2 AZN

3-cü kateqoriya – 3 AZN

2-ci kateqoriya – 4 AZN

1-ci kateqoriya – 5 AZN

VIP – 20 AZN

 

Biletlər Asan xidmət, 28 Mall, Gənclik Mall və Heydər Əliyev sarayının kassalarında satılır.

Xəbər xətti