Azərbaycan millisinin oyunu bir dəqiqəlik sükutla başlayacaq

13:11 - 5 İyun 2019

UEFA-nın bayrağı altında bu həftə keçiriləcək oyunlar sükutla başlayacaq.

 

Sportal.az qurumun saytına istinadən xəbər verir ki, UEFA-nın keçmiş prezidenti Lennart Yohanssonun vəfatı ilə əlaqədər bu qərar qəbul olunub.

 

Bu həftə Azərbaycanın U-21 millisi iyunun 6-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

 

 

Əsas yığma isə AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 8-i Macarıstanı qəbul ediləcək.

 

Hər iki oyun bir dəqiqəlik sükutla başlayacaq.

 

89 yaşında vəfat edən isveçli funksioner 1990-2007-ci illər aralığında UEFA-nın prezidenti olub.

 

Xəbər xətti