Çalhanoğludan "Qalatasaray" açıqlaması

00:46 - 6 İyun 2019

"Qalatasaray"ın transfer hədəfində olan "Milan"ın futbolçusu Hakan Çalhanoğlu yayılan xəbərlərə münasibət bildirib.

 

Sportal.az "TRT Spor"a istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü məlumatı təkzib edib. O, "qırmızı-qaralar"dan ayrılmayacağını açıqlayıb.

 

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi 2017-ci ildən "Milan"da çıxış edir.

Xəbər xətti