"Azərbaycanda Kurban Berdıyevin bütün məsrəfləri qarşılana bilər"

Rusiyanın Rusfootball.info saytı "Rubin"dən ayrılan Kurban Berdıyevin növbəti seçimini dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, portalda 66 yaşlı mütəxəssisin Azərbaycanda çalışmaq ehtimalı da vurğulanıb:

 

"Berdıyevin karyerasını harada davam etdirəcəyi maraq doğurur. Adı uzun zaman "Spartak"la hallansa da, moskvalılar Oleq Kononova şans verməyə davam edir. "Spartak"ın Berdıyevlə uğursuz görüşlərinrdən sonra bu varianta qayıtmaq ehtimalı aşağıdır. 

 

"Axmat"da maliyyə problemi yoxdur. Qroznı zehni olaraq, Berdıyevə uyğun gəlir. Avrokuboklara yollanmaq üçün Kurban Berdıyevin təcrübəsi var. 

 

Berdıyevin Rusiya xaricinə getməsi də mümkündür. Qazaxıstan və ya Azərbaycanda onun bütün məsrəfləri qarşılana bilər".

 

Qeyd edək ki, Kazanın "Rubin" klubu 66 yaşlı mütəxəssisin rəhbərliyi altında iki dəfə Rusiya Premyer Liqasını, bir dəfə ölkə kubokunu qazanıb. 

 

Tarix: 6 İyun [12:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2019
19  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio