Dmitri Nazarov: "Bakıda istənilən rəqib üçün çətindir"

12:29 - 7 İyun 2019

Azərbaycan millisinin üzvü Dmitri Nazarov freiepresse.de saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Almaniyanın II Bundesliqa təmsilçisi "Aue"də oynayan futbolçu Macarıstan və Slovakiyaya qarşı matçlar haqda fikirlərini bildirib:

 

"Hər iki görüşdə qələbə qazanmaq istəyirik. Güclü komandalardı, ancaq Bakıda istənilən rəqib üçün çətindi. Bundan başqa, qrupumuzda Uels millisi var. Bu da çox güclü, ancaq məğlub edilməsi mümkün rəqibdi".

 

Milliləşdirilmiş qazaxıstanlı "Aue"nin durumundan da bəhs edib:

 

"II Bundesliqada qalmaq uğrunda mübarizə apardıq. Növbəti mövsüm yenidən eniş və yoxuşlar yaşayacağıq, ancaq narahat deyiləm. Ümid edirəm ki, daha yaxşı çıxış edəcəyik. "Hamburq və "Ştuttqart" kimi komandaların da liqamızda oynaması işləri daha da çətinləşdirir".

 

Nazarov istirahətə ehtiyacının olduğunu söyləyib:

 

"Uzun mövsümdən sonra bir az dincəlməyə ehtiyacım var. Ümid edirəm ki, baş məşqçimiz bunun üçün imkan yaradacaq".

Xəbər xətti