Cənubi afrikalı futbolçu Azərbaycan klubunun hədəfində

13:15 - 7 İyun 2019

Cənubi Afrika Respublikasının "Kayzer Çifs" klubundan ayrılan Hendrik Ekstein Azərbaycandan təklif alıb.

 

Sportal.az iol.co.za saytına istinadən xəbər verir ki, bu barədə 28 yaşlı futbolçunun agenti Mxize Paleza məlumat verib. Agent hücumameyilli futbolçunu transfer etmək istəyən klubların adını açıqlamaq istəməyib:

 

"Nişanladığımız klublar var, onların təklifini gözləyirik. Yerli klublar ilk seçimdir. Paketlə pul gətiriləndə və digər şeyləri müzakirə etməyə başlar-başlamaz klubların adını açıqlaya bilərəm. İki klubla danışıqlar aparıram. Azərbaycandan maraq var. Ancaq Eksteinin burada ailəsi var və uşağı çox balacadır. Seçim CAR-da qalmaq olacaq. Ancaq hər şey burda nə qədər maaş alacağı ilə əlaqəlidir. Yaxşı təklif olsa, ölkəni tərk etməyəcək".

 

Hendrik Ekstein 2014-cü ildən "Kayzer Çifs"də çıxış edirdi.

Xəbər xətti