Aquero: "Özümdən çox Messinin kubok qazanmasını istəyirəm"

17:02 - 7 İyun 2019

Argentina millisinin üzvü Serxio Aquero Kopa Amerika pncəsi açıqlama verib.

 

Sportal.az "Fox Sports"a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu komandanın kapitanı Lionel Messi üçün narahat olduğunu deyib:

 

"Özümdən çox Messinin kubok qazanmasını istəyirəm. Ümid edirəm ki, bu, bir gün baş verəcək. Bu, onun və hər kəsin xəyalıdır. Özümü Messinin yerinə qoyuram və Kopa Amerikanı qazanmaq üçün əlimdən gələni edəcəm. Messi uzun illərdir millidə oynayır və çox üzüntülər yaşayıb. Əgər yığmada son turniri olacaqsa, bu kuboku qazanmaq istəyirik".

 

Braziliyanın ev sahibliyi edəcək Kopa Amerika turniri iyunun 15-də start götürəcək.

 

B qrupunda qərarlaşan Argentinanın Kolumbiya, Paraqvay və Qətərlə mübarizə aparacaq.

Xəbər xətti