"Qarabağ"ın qələbəsini qeydə alan hakim Bakıya gəlir

15:08 - 8 İyun 2019

AÇ-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Macarıstan oyununu Şotlandiya Futbol Federasiyasından olan Con Biton idarə edəcək.

 

Sportal.az xəbər verir ki, FIFA referisi ilk dəfə Azərbaycanın əsas milli komandasının görüşünü idarə edəcək.

 

37 yaşlı referi 2016/17 mövsümündə Azərbaycanın "Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsində PAOK-la səfər görüşünü idarə edib. Saloniki şəhərində reallaşan görüşdə ağdamlılar meydan sahiblərini 1:0 hesabı ilə yenmişdi. Biton "Qarabağ"ın və Azərbaycan millisinin müdafiəçisi Maksim Medvedevi sarı vərəqə ilə cəzalandırmışdı. PAOK-un isə üç futbolçusu xəbərdarlıq almışdı.

 

Şotlandiyalı referi 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AÇ-2015-in seçmə mərhələsində Macarıstanla oyununda baş hakim olub. 2014-cü ilin noyabrında keçirilmiş oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşmışdı. Azərbaycan millisinin yeganə qoluna Budaq Nəsirov imza atmışdı.

 

Azərbaycan - Slovakiya oyunu iyunun 11-i, 8-ci km stadionunda baş tutacaq.

Xəbər xətti