"Səbail"dən üçüncü transfer

20:47 - 8 İyun 2019

"Səbail" növbəti transferini reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi müdafiəçi Turan Manafovu heyətinə cəlb edib. U-21 millisinin üzvü ilə 2 illik müqavilə imzalanıb.

 

20 yaşlı futbolçu ötən mövsüm I Divizion təmsilçisi "Zaqatala"da oynayıb.

 

"Səbail" daha öncə Kamal Bayramov və Ürfan Abbasovu transfer edib.

Xəbər xətti