Neymarın durumuna aydınlıq gəldi

14:45 - 9 İyun 2019

Braziliya millisinin hücumçusu Neymarın zədəsi ilə bağlı klubu PSJ məlumat yayıb.

 

Sportal.az xəbər verir ki, yığmanın heyətində Qətərlə oyunda zədələnən 27 yaşlı futbolçunun bərpa prosesi bir ay çəkəcək.

 

Ulduz futbolçu Kopa Amerika turnirində iştirak etməyəcək.

 

Qeyd edək ki, Braziliyada təşkil olunacaq turnir 15 iyun-7 iyul tarixlərində keçiriləcək.

Xəbər xətti