Qrizmann oynayacağı klubu müəyyənləşdirib

16:51 - 9 İyun 2019

"Atletiko"dan ayrılacağını bəyan edən Fransa millisinin üzvü Antuan Qrizmann gələcəyi barədə danışıb.

 

Sportal.az "Telematin"ə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu yeni klubunu seçdiyini deyib:

 

"Yeni mövsüm hansı klubda oynayacağımı bilirəm. Onu deyə bilərəm ki, Mayamidə deyil".

 

Qrizmann "Atletiko"da 2014-cü ildən çıxış edirdi.

Xəbər xətti