Azarkeşlər AFFA-nı istefaya səslədi

20:32 - 11 İyun 2019

Azərbaycan milli komadansı AÇ-2020-nin seçmə mərhələsində Slovakiya yığmasını qəbul edir.

 

Sportal.az xəbər verir ki, Slovakiya yığmasının ikinci qolundan sonra azarkeşlər "istefa" şüarları səsləndirib.

 

Azarkeşlər yığma komandanın uğursuz çıxışına görə AFFA rəhbərliyini istefaya çağırıb.

 

Azarkeşlərin verdiyi məlumata görə, mühafizəçilər "istefa" şüarını davamlı şəkildə səsləndirməyə icazə verməyib.

 

Qeyd edək ki, oyunun ilk hissəsindən sonra qonaqlar hesabda 3:1 öndədir.

Xəbər xətti