Aleksey İsayev "Sumqayıt"dan ayrıldı - Rusiyaya qayıdır

17:34 - 13 İyun 2019

"Sumqayıt"ın ötən mövsüm heyətinə cəlb etdiyi Aleksey İsayev klubdan ayrılıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvünə Rusiyadan sərfəli təkliflər var. Bu səbəbdən də İsayev klubdan ayrılıb.

 

23 yaşlı futbolçu ötən yay "Sumqayıt"la iki illik müqavilə imzalamışdı.

 

Qeyd edək ki, “Yenisey”in yetirməsi olan Aleksey İsayev 2014-cü ildə Krasnoyarsk təmsilçisinin əsas heyətinə yüksəlib. 2016-cı ilə qədər “Yenisey”in şərəfini qoruyan yarımmüdafiəçi 35 oyunda 3 qola imza atıb. 2016-cı isə “Zenit”ə transfer olunan futbolçu komandanın əvəzedici heyətində 24 matçda forma geyinib. 2017/18 mövsümünü yetirməsi olduğu “Yenisey”də keçirmiş İsayev Krasnoyarsk təmsilçisinin heyətində 25 qarşılaşmada 2 qol vurub və komandası ilə birlikdə Rusiya Premyer Liqasına yüksəlmişdi.

 

İsayev Azərbaycan milli komandasına da dəvət alır.

 

Xəbər xətti