"Yapon Messi" "Real"da RƏSMİ

15:31 - 14 İyun 2019

İspaniyanın "Real" klubu daha bir transfer reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi Yaponiya "Tokyo"sundan Takefusa Kubonu transfer edib. "Kral klubu" bu keçid üçün 2 milyon avrosundan keçib. 18 yaşlı hücumçu ilə 6 illik müqavilə imzalanıb. Yaponiya millisinin üzvü "Real"ın B  komandasında çıxış edəcək.

 

 

"Yapon Messi" ləqəbli futbolçu 2011-2015-ci illərdə "Barselona" akademiyasında oynayıb. O, peşəkar karyerasına "Tokyo" klubunda başlayıb. Kubo Yaponiya klubunda 30 oyuna 6 qol vurub. Gənc futbolçu Yaponiya yığmasında bir oyun keçirib.

Xəbər xətti