"Beşiktaş"dan ilk transfer

17:36 - 14 İyun 2019

"Beşiktaş" ilk transferini reallaşdırıb.

 

Sportal.az "A Spor"a istinadən xəbər verir ki, İstanbul klubu "Yeni Malatyaspor"un qapıçısı Ertaç Özbirlə anlaşaıb. 29 yaşlı qolkiperlə 1+1 illik müqavilə imzalanıb. Özbirin illik məvacibi 750 min avro olacaq. Bu transfer "Beşiktaş"a pulsuz başa gəlib.

 

Qeyd edək ki, Ertaç Özbir 2015-ci ildən "Yni Malatyaspor"da çıxış edirdi.

Xəbər xətti