"Qəbələ" "Mançester Yunayted"lə qarşılaşacaq

13:02 - 15 İyun 2019

“Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Polşanın Krakov şəhərində təşkil olunacaq “X Football Academy 21 Cup”da qüvvəsini sınayacaq. Turnir iyunun 13-17-də keçiriləcək. Yarış Krakov şəhər meriyasının “Football 21” akademiyasının təşkilatçılığı, Miroslav Şımkovyak və Tomaş Frankovskinin dəstəyi ilə baş tutacaq.

 

Püşkün nəticəsinə görə, "Qəbələ" "Yagelloniya", "Lex", "Heerenveen", "Çikaqo İqlz" və "Mançester "Yunayted"lə qarşılaşacaq.

Xəbər xətti