Aleksandr Çeferin: "Londonda Azərbaycanın iki komandası oynasaydı, heç kim şikayətlənməzdi"

UEFA-nın prezidenti Aleksandr Çeferin İngiltərənin Oksford Universitetində çıxışı zamanı jurnalistlərə açıqlama verib.

 

Sportal.az “Daily Mail”ə istinadən xəbər verir ki, sloveniyalı futbol funksioneri Avropa Liqasının finalının Bakıda keçirilməsinə narazılıq edən ingilisləri tənqid edib:  

 

"Hansı turnirdə ingilis klubları varsa, narazılıq olur. Bununla Avropada futbolun populyarlığına mane olursunuz. Mən UEFA prezidenti seçiləndə də İngiltərədən dəstək almadım. Ancaq 76 faiz səs toplamışdım. "Niyə  final matçını Bakıda keçirdiniz" soruşsaydılar, deyərdim ki, orada da insanlar yaşayırlar. Həm də düşüncəli insanlar. Onlar saat fərqi ilə əlaqədar oyunu 23:00-da izləmək məcburiyyətində idi. Lakin heç kim bundan şikayətlənmədi. Londonda Azərbaycanın iki komandası oynasaydı, yenə heç kim şikayətlənməzdi. Onlar gedib heç bir problemsiz oynayardılar. İlyarım əvvəl qərara aldıq ki, Bakıda oynayaq. Orada 70 min nəfərlik müasir stadion var. Hanıs ki, İngiltərədə bundan böyük cəmi bir stadion mövcuddur. Sevdikləri superulduzları canlı izləyən insanların xoşbəxtliyini  görərdiniz. Biz futbolu təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə inkişaf etdirməliyik".

Tarix: 15 İyun [12:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 İyul 2019
16  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio