Bəhlul Mustafazadənin transferi üçün "Qəbələ"yə 100 minlik təklif

09:00 - 16 İyun 2019

Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadə "Qəbələ"dən ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı mərkəz müdafiəçisi üçün xarici klubların birindən "qırmızı-qaralar"a 100 min manatlıq təklif gəlib.

 

"Qəbələ" bu təklifi dəyərləndirmək fikrindədir. Yerli klubların da maraq dairəsində olan gənc futbolçu ölkəni tərk etməkdə maraqlıdır.

 

Qeyd edək ki, Bəhlul Mustafazadə "Qəbələ"nin yetirməsidir.

Xəbər xətti