Yaya Ture Çin klubunda

12:44 - 16 İyun 2019

Kot-d-İvuar millisinin sabiq futbolçusu Yaya Turenin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi karyerasını Çində davam etdirəcək. Ture I divizionda çıxış edən “Çindao Haynyu” klubu ilə razılığa gəlib. Təcrübəli futbolçu yeni klubu ilə müqavilə bağlamaq üçün Çinin Çindao şəhərinə gəlib.

 

"Barselona" və "Mançester Siti" kimi klublarda çıxış etmiş Ture son olaraq "Olimpiakos"da oynayıb.

Xəbər xətti